ISSN: 3105-7012 | E-ISSN: 3105-7020
About
Jurnal haqqında

Jurnal haqqında

Təsisçi

Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası

Baş-redaktor

Tibb elmləri doktoru, professor Rafiq Çobanov

ISSN çap

3105-7012

ISSN onlayn

3105-7020

“İctimai sağlamlıq” jurnalı 2024-cü ildən Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası tərəfindən buraxılmışdır. İctimai sağlamlıq və səhiyyənin təşkili fənni, digər nəzəri və praktiki təbabət fənnləri ilə (epidemiologiya, gigiyena və ekologiya, mikrobiologiya, terapiya, pediatriya, cərrahiyyə, endokrinologiya, kardiologiya və digər elm sahələri ilə) qarşılıqlı əlaqə və vəhdət halında ictimai sağlamlığa təsir edən amilləri və bu sahədə səhiyyənin təşkili məsələlərini öyrənir.
Elmi dövri nəşrlərin əsas vəzifəsi elmi biliklərin, əldə edilən elmi-praktik nailiyyətlərin yayılmasıdır. Eyni zamanda, bu gün beynəlxalq nəşr standartlarına uyğun gələn elmi jurnallar Azərbaycanın milli maraqlarından birinin - yerli elmin qlobal elmi və informasiya məkanında mövcudluq səviyyəsinin artırılması və onun dünyada təsir səviyyəsinin artırılması ehtiyacının həyata keçirilməsinə töhfə verməyə qadirdir. “İctimia sağlamlıq” jurnalına açıq girişin (Open Access) təmin edilməsi üçün saytımız təşkil edilmişdir.
Açıq Elm paradiqmasını fəal şəkildə dəstəkləyən və onun əsasını təşkil edən yeni elmi kommunikasiya modellərinin inkişafı internetdə elmi tədqiqatların nəticələrinə məhdudiyyətsiz və sərbəst çıxışının təmin edilməsinə əsaslanır. O, bir tərəfdən qlobal vəzifələrin yerinə yetirilməsinə - elmin geniş təbliğ edilməsimə, elmi icmaların alimlərin nəşrlərinin keyfiyyətinə nəzarətə, fənlərarası tədqiqatların inkişafına, elmi icmal siyasətinin və informasiya texnologiyalarının (bibliometriya və elmimetriya) təkmilləşdirilməsinə zəmin yaradır; digər tərəfdən - elmi nəşrlərin keyfiyyətinin qiymətləndirilməsi üçün qlobal sitat indekslərinin sürətlə artan təsiri şəraitində jurnalların keyfiyyətinin və beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin yüksəldilməsinə imkan verir.
Bizim təsis etdiymiz bu jurnalın da məqsədi Azərbaycan tibb elminin layiqli şəkildə təbliğ etmək, son illərin nailiyyətlərini geniş elmi ictimaiyyətlər paylaşmaqdır.
Jurnalın qarşısında duran vəzifələr:
– tibb və biologiya elmləri üzrə tədqiqatların nəticələrini təqdim etmək;
– ekspertiza prosesinə müvafiq bilik sahələri üzrə aparıcı alim və mütəxəssisləri cəlb etməklə yüksək elmi standartlara riayət etmək;
– coğrafi və institusional sərhədlərdən asılı olmayaraq elmin yeni tədqiqatlarla zənginləşdirilmək;
– tədqiqatçılara nəşrlərini təkmilləşdirməkdə köməklik göstərmək;
– məqalələrin redaksiya emalı müddətini azaltmağa çalışmaq və jurnala materialların göndərilməsi üçün çevik qrafiki dəstəkləmək;
– jurnalın açıq əlçatan elmi nəşr kimi inkişaf etdirmək.
Hörmətli həmkarlar, Sizə mürəkkəb, keşməkeşli, eyni dərəcədə qürurverici tibb elmi sahəsində möhtəşəm tədqiqatlara müəlliflik etməyi arzu edir, bizim jurnalın səhifələrində böyük elmi yenilikləri geniş oxucu kütləsi ilə bölüşməyə dəvət edirik.

Bizimlə Əlaqə

Bakı şəh., AZ1012, Səməd Vurğun küç., 116

+994(12) 495 45 537

ictimaisaglamliq@gmail.com