ISSN: 3105-7012 | E-ISSN: 3105-7020
Nəşr etikası

Nəşr etikası

 "İctimai sağlamlıq və səhiyyə" jurnalına qəbul olunan əlyazmaların tərtib edilməsi haqqında qaydalar

 

"İctimai sağlamlıq və səhiyyə" jurnalında səhiyyənin təşkili epidemiologiya, istimai sağlamlıq kimi məsələrə həsr olunmuş Azərbaycan, rus və ingilis dillərində məqalələr "icmallar", "orijinal məqalələr", "qısa məlumatlar" və "öronika" rubrikalarında dərc olunur. Bundan başqa, jurnalda səhiyyənin müxtəlif məsələlərinə dair icmallar dərc olunur. Bütün məqalələrin məzmununa məsuliyyəti bütövlükdə müəllif özü daşıyır.  

Jurnal ildə 2 nömrə olmaqla buraxılır. Jurnalda nəşr olunmaq üçün məqalələri tərtib edərkən aşağıdakı qaydaları nəzərə almaq lazımdır. 

1. Məqalələrin və qısa məlumatların əlyazmaları A4 formatlı vərəqdə 1 nüsxədə və diskdə aşağıdakı şərtlər daxilində çap olunmalıdır: sətirlər arasında interval - 2, vərəqin sol tərəfində 2 sm, sağ tərəfində - 2 sm, aşağı tərəfində - 2 sm, yuxarı tərəfində - 2 sm boş sahə saxlanılır. Məqalələr kompüterdə Windows sistemində Word proqramında Times New Roman şrifti ilə yığılmalıdır. Şriftlərin ölçüsü məqalə üçün 14, ədəbiyyat siyahısı üçün 12 olmalıdır. Əlyazmaların həcmi ədəbiyyat siyahısı ilə birgə belədir: ismallar – 10 səhifə, orijinal məqalələr – 8 səhifə, qısa məlumatlar – 3 səhifə, redaktora məktub – 40 sətirdən artıq olmamaq şərti ilə. Ayrı vərəqdə məqalə haqqında qısa məlumat verilir. Bu qısa məlumatlar məqalə Azərbaycan dilində olduqda rus və ingilis dillərində, rus dilində olduqda azərbaycan və ingilis dilində (xülası, summary), məqalə ingilis dilində olduqda isə Azərbaycan və rus dillərində (xülası, резюме) olmalıdır. Redaksiya heyətinə göndərilən əlyazma bütün müəlliflər tərəfindən imzalanmalıdır.  

Məqalənin birinci səhifəsində məqalənin adı (böyük hərflərlə), müəlliflərin inisialı və soyadı, müəssisə və şəhər göstərilməlidir. 

2. İfadə dəqiq, uzun girişlərsiz və təkrarlarsız olmalıdır. Mətni giriş və işin məqsədi, material və  metodlar, nəticələr və müzakirələr, məqalə haqqında qısa məlumat (summary, xülasə, резюме) və ədəbiyyat siyahısı rubrikalarına bölmək məsləhətdir. Bütün istinad və şərhlər mətndə mötərizədə verilir. Ədəbiyyata istinadlar isə mətndə ədəbiyyat siyahısındakı verilən rəqəmlərə uyğun ərəb rəqəmləri ilə kvadrat mötərizədə verilir. Ədəbiyyat siyahısında mənbələr mətndə istinadların düzülmə ardıcıllığı ilə nömrələnməlidir. Formullar ya çap, ya da əlyazma şəklində olmalıdır. 

İstənilən rəqəm materialını kiçik cədvəl şəklində vermək olar. Cədvəllərdə sütunların sayı 6-dan artıq olmamalıdır. İllüstrasiyaların (qrafik, diaqramm, foto və şəkil) ümumi həcmi 160X160 sm ölçülü kvadrat sahədən artıq olmamalıdır.  

3. Ədəbiyyat siyahısı məqalənin mətnindən dərhal sonra verilir. Siyahıda əvvəl Azərbaycan və rus, sonra isə Qərbi Avropa dillərində olan nəşrlər verilir. Ədəbiyyat birinci müəllifin soyadına əsasən əlifba sırası ilə düzülür. Müəlliflərin sayı 3-dən çox olduğu halda 3 müəllifin adı yazılır sonra "və b.", "и др.", "et al." işarələri qoyulur. Jurnalda dərc olunan məqalələrin adı tam göstərilir. Sonra mənbələrin adı verilir. Mənbə kitab və ya topludan ibarət olduqda mənbənin qarşısında bir yan xətt (/), jurnaldan ibarət olduqda iki yan xətt (//) qoyulur. Mənbənin adından sonra ili, nömrəsi, məqalənin dərc olunduğu birinci və sonuncu səhifələr verilir. Dissertasiyalara istinadlar vermək düzgün deyil. Məqalələrdə istinadların maksimal sayı aşağıdakı kimi olmalıdır: icmallarda – 50 istinad, orijinal məqalələrdə - 20 istinad, qısa məlumatlarda – 10 istinad, redaktora məktubda – 2 istinad. 

4. Redaksiya heyətinin çap olunan materialı onun həcmindən asılı olmayaraq qısaltmağa və onun üzərində düzəlişlər aparmağa səlahiyyəti var. Jurnala qəbul olunmayan əlyazmalar müəllifə ancaq onun xahişi ilə qaytarıla bilər. 

 

Bizimlə Əlaqə

Bakı şəh., AZ1012, Səməd Vurğun küç., 116

+994(12) 495 45 537

ictimaisaglamliq@gmail.com